Rusiya koronavirus peyvəndinin sınaqlarına başlayıb

Rusiya koronavirus peyvəndinin sınaqlarına başlayıb
  18 İyun 2020    Oxunub:2553
Rusiyanın Burdenko adına hərbi hospitalında ilk dəfə 18 könüllü üzərində koronavirus əleyhinə peyvənd sınaqdan keçirilib.
Azvision.az Rusiyanın Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Milli Epidemiologiya və Mikrobiologiya Mərkəzi ilə birlikdə COVID-19-un profilaktikası üçün peyvəndin kliniki testlərinə başlamaqla bağlı icazə Səhiyyə Nazirliyi tərəfindən 16 iyun tarixində verilib.

Vaksinin tətbiqi xəstəxananın ən təcrübəli mütəxəssislərin nəzarəti altında həyata keçirilib. Peyvənd hər hansı fəsadlar olmadan iş planına uyğun olaraq aparılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  



Xəbər lenti