Çində son sutkada 32 yoluxma aşkarlandı

Çində son sutkada 32 yoluxma aşkarlandı
  19 İyun 2020    Oxunub:1891
Çində son sutka ərzində koronavirus infeksiyasına 32 yeni yoluxma qeydə alınıb, beş hal simptomsuz olub, dörd xəstə sağalıb.
Azvision.az Çinin Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, 32 yeni yoluxmadan 25-i paytaxt Pekində, 2-si Hubeydə aşkarlanıb.

Xatırladaq ki, son vaxtlar yeni yoluxmaların əksəriyyəti Pekində aşkarlanır. Bu isə topdansatış bazarında kütləvi yoluxma ilə bağlıdır. Həmin bazar iyunun 13-dən bağlanıb.

Ümumilikdə, Çində epidemiya müddətində 83 325 nəfərdə koronavirus infeksiyası aşkar edilib, 78 398 xəstə sağalıb, 4634 nəfər ölüb. COVİD-19 xəstəsi olan 293 nəfərin müalicəsi davam etdirilir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: COVİD-19  



Xəbər lenti