Türkiyədə avtobus qəzası: 10 nəfər yaralandı

Türkiyədə avtobus qəzası:  10 nəfər yaralandı
  19 İyun 2020    Oxunub:2499
İstanbulun Hadımköy bölgəsində sərnişin daşıyan mikroavtobus aşıb.
Azvision.az "CNN Türk"ə istinadən xəbər verir ki, qəza nəticəsində 10 nəfər yaralanıb.

Hadisəyə mikroavtobusun başqa bir avtomobillə toqquşması səbəb olub. Təcili tibbi yardım yaralıları yaxınlıqdakı xəstəxanaya aparıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Türkiyə   qəza  



Xəbər lenti