Kuba turistlərin qəbuluna başlayır

Kuba turistlərin qəbuluna başlayır
  19 İyun 2020    Oxunub:2937
Kuba hökuməti ölkənin şimalında və cənub-şərqindəki adalarda xarici turistlərin istirahətinə icazə verib və artıq bilet satışına başlanılıb.
Azvision.az xəbər verir ki, ikinci mərhələdə daha bir sıra adalarda istirahətə icazə veriləcək. Ölkəyə gələn xarici turistlər koronavirus testindən keçəcəklər.

Mədəniyyət və turizm naziri Xuan Qarsiya bu həftə adanın mərhələli şəkildə turistlər üçün açılması planını təqdim edib.

Beynəlxalq turizmə imkan verən yeni normalara keçidin ikinci mərhələsi iyulun 1-dən başlayacaq. “Azadlıq adası”nın bütün ərazisi ziyarətçilər üçün yalnız üçüncü mərhələdə açıq olacaq, dəqiq vaxt hələ məlum deyil.

Kuba iqtisadiyyatının tədricən bərpası prosesi 15 əyalətin 13-də başlayıb, Havana və Matansasda isə bütün məhdudiyyətlər saxlanılır.

Kuba Səhiyyə Nazirliyinin son məlumatına görə, ölkədə 2295 yoluxma halı aşkar edilib, 85 nəfər ölüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Kuba  



Xəbər lenti