İbrahim Tatlısəs oğlundan polisə şikayət etdi

İbrahim Tatlısəs oğlundan polisə şikayət etdi
  19 İyun 2020    Oxunub:3091
Türkiyəli müğənni İbrahim Tatlısəsin ailə sirlərini yayan şəxs məlum olub.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni oğlu Əhməd Tatlıdan şübhələnərək ondan polisə şikayət edib.

"İçimizdəki köstəbəyi tapmağa az qalıb. Məncə, onu tapmadan, özünü üzə çıxarsın, biz də rahatlayaq. Yaxınımdır, bilirəm, ancaq tam əmin olmalıyam", - deyə mügənni sosial şəbəkə hesabında yazıb.

Atasının şikayətindən sonra polis bölməsinə gedən Əhməd Tatlı media nümayəndələrindən qaçmağa çalışıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İbrahimTatlısəs  



Xəbər lenti