Putini təhqir edən gürcü aparıcını öldürmək istəyirlər

Putini təhqir edən gürcü aparıcını öldürmək istəyirlər
  19 İyun 2020    Oxunub:2628
Gürcüstanlı jurnalist və teleaparıcı Giorgi Qabuniaya qarşı sui-qəsd cəhdindən sonra ona dövlət mühafizəsi təklif edilib.
Azvision.az xəbər verir ki, bu barədə teleaparıcı açıqlamasında bildirib. O, Tbilisi şəhər məhkəməsində olub, sui-qəsdlə bağlı müstəntiqlərin suallarını cavablandırıb.

Qabunianın sözlərinə görə, ona dövlət qorunması təklif olunub: "Hətta dedilər ki, istəsən, üzünü, adını və soyadını dəyişə bilərik".

“Kimsə məni öldürmək istəyibsə, bu, yalnız Rusiyadan gələ bilər. Rusiya - Putin deməkdir. Kadırovun şəxsən bunu etmədiyini bilirik. O, əmr edir və müəyyən bir qrup bu işlə məşğul olur. Mən şəxsən əminəm ki, əgər kimsə məni öldürmək istəyirsə, Rusiyanın işidir”.

Qeyd edək ki, ötən il G.Qabunia aparıcısı olduğu “Postskriptum” proqramında Rusiya Prezidenti Vladimir Putinin ünvanına rus dilində qeyri-etik ifadələr işlədib, hətta söyüş söyüb. Qalmaqallı proqram Gürcüstanda ciddi narazılıqlara səbəb olmuşdu.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Gürcüstan   jurnalist  



Xəbər lenti