Ermənistanda qazın qiyməti bahalaşır

Ermənistanda qazın qiyməti bahalaşır
  19 İyun 2020    Oxunub:2866
Ermənistanda iyulun 19-dan etibarən qazın qiyməti bahalaşacaq.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın Dövlət Xidmətlərini Tənzimləmə Komissiyası yeni tarifləri təsdiqləyib.

“Qazprom Ermənistan” şirkəti aztəminatlı ailələr üçün qazın qiymətini hər min kubmetrə 135 min 909 drama qədər artırmağı təklif edib. Hazırda aztəminatlı vətəndaşlar 100 min dram ödəyirlər.

İyulun 19-dan 10 min kubmetrdən çox qaz istehlakçı hər min kubmetr üçün 255 dollar ödəyəcək, daha əvvəl isə bu göstərici 242 olub.

İri istehlakçılar, istixana, kənd təsərrüfatı sektoru, zavodlar min kubmetr üçün 266 əvəzinə 267 dollar ödəməli olacaqlar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  



Xəbər lenti