Bazar günü Tsarukyana hökm oxunacaq
Tsarukyan üç cinayət işində təqsirli bilinir. Bura onun şirkətlərinin vergidən yayınması, seçiciləri pulla ələ alması və qanunsuz olaraq torpaq sahələrinin mənimsənilməsi daxildir. Partiya sədri dövlətə 685 min dollar ziyan vurmaqda günahlandırılır.
Tsarukyan özü hakimiyyətin hərəkətlərini siyasi təqib adlandırıb. O, jurnalistlərə deyib ki, bu maddə ilə heç kim tutulmayıb, ola bilsin ki, cərimə qərarı olsun.
“Ancaq onlar müxalifət partiyasının rəhbərini, Milli Olimpiya Komitəsinin prezidentini həbs etmək istəyirlər. Əgər ölkənin indi uçurumda olmasına görə mən günahkaramsa, barmaqlıqlar arxasında oturmağa hazıram. Ancaq mənim üçün bütün bunlar anlaşılmazdır".
Xatırladaq ki, dünən də məhkəmə iş adamının həbsi barədə qərar qəbul edə bilməyib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: QaqikTsarukyan







Vaxtında, Aydın, Lazımlı!


