Türkiyədə COVID-19 qurbanlarının sayı 4900-ü keçdi

   Türkiyədə COVID-19 qurbanlarının sayı 4900-ü keçdi
  20 İyun 2020    Oxunub:3104
Türkiyədə son sutka ərzində 23 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 1214 yeni yoluxma faktı qeydə alınıb. Bununla da Türkiyədə koronavirus qurbanlarının sayı 4905 , yoluxanlar isə 185 245 nəfərə çatıb.

Türkiyədə indiyədək 157 516 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az



Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  



Xəbər lenti