Çində daha 32 nəfər koronavirusa yoluxdu

Çində daha 32 nəfər koronavirusa yoluxdu
  20 İyun 2020    Oxunub:2405
Son bir gündə Çində yeni növ koronavirusa 32 yoluxma qeydə alınıb, daha 7 simptomsuz hal aşkarlanıb.
Azvision.az Çinin Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, 22 yoluxma paytaxt Pekində, 1-i isə Hubeydə aşkar edilib, digərləri ölkəyə idxal olunub.

Ötən sutka virusdan ölən olmayıb.

Xatırladaq ki, indiyədək Çində 4634 nəfər koronavirusun qurbanı olub, ümumi yoluxma sayı 83 352 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Pekin   Koronavirus  



Xəbər lenti