“Facebook” Trampın paylaşımını sildi

“Facebook” Trampın paylaşımını sildi
  20 İyun 2020    Oxunub:2913
“Facebook” sosial şəbəkəsi ABŞ Prezidenti Donald Trampın müəllif hüquqlarının pozulması ilə bağlı şikayət əsasında paylaşdığı videoroliki silib.
Azvision.az "Politico" nəşrinə istinadən xəbər verir ki, həmin videorolikdəki səhnədə ağ və qaradərili körpələr yer alıb.

“Jukin Media” şirkəti videonun tərəfdaşlarından birinə aid olduğunu və ondan istifadə ilə bağlı heç kimin icazə almadığını açıqlayıb. Şirkət videonun müəllif hüquqları qanununa uyğun olaraq silinməsi üçün müraciət edib.

“Facebook”un nümayənədsi bildirib ki, müvafiq qanunun pozulması ilə bağlı videonun müəllifindən şikayət alınıb və buna görə də paylaşım silinib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DonaldTramp  



Xəbər lenti