Tramp bu dəfə polisləri tənqid etdi

Tramp bu dəfə polisləri tənqid etdi
  20 İyun 2020    Oxunub:3170
ABŞ Prezidenti Donald Tramp Vaşinqton polisini vəzifələrini yerinə yetirməməkdə günahlandırıb.
Azvision.az xəbər verir ki, Tramp bu barədə "Twitter" hesabında yazıb.

Onun sözlərinə görə, polislər etirazçıların ordu generalı Albert Paykın abidəsinin dağıdılmasına və yandırılmasına reaksiya verməyiblər.

"Vaşinqton polisi öz vəzifəsini yerinə yetirmir. Onlar heykəlin aşırılmasını və yandırılmasını seyr etdilər. Bu insanlar dərhal saxlanılmalıdır. Ölkəmiz üçün utancvericidir".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Amerika   polis  



Xəbər lenti