Floydun qətlində şübhəli bilinən daha bir polis azadlığa çıxdı
Onun digər iki həmkarı Tomas Leyn və Tu Tao qətlə təhrik etməkdə ittiham olunurlar.
Bundan əvvəl məhkəmənin Tomas Leyni 1 milyon dollar girov müqabilində azad etdiyi bildirilib. Digər keçmiş polis işçisi Derek Şovin isə üç maddə üzrə ittiham olunur. Əgər təqsiri sübuta yetirilərsə, onu üzunmüddətli həbs gözləyir.
Xatırladaq ki, Floyd may ayında dünyasını dəyişib. Polislərdən bir onu saxladıqdan sonra asfalta uzadaraq dizi ilə boğmağa başlayıb. Floyd bir neçə dəfə nəfəs ala bilmədiyini desə də, buna əhəmiyyət verməyiblər. Şübhəli xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: DerekŞovin







Vaxtında, Aydın, Lazımlı!


