COVID-19 ilə mübarizədə Yoqanın rolu

COVID-19 ilə mübarizədə Yoqanın rolu
  20 İyun 2020    Oxunub:3225
Yoqanın kütləviliyi bütün dünyada artıb. Hindistanın Baş Naziri Narendra Modinin 2014-cü ilin sentyabr ayında BMT Baş Assambleyasına tarixi müraciətinə cavab olaraq Birləşmiş Millətlər Təşkilatı (BMT) 2014-cü ilin dekabr ayında 177 üzv ölkənin misilsiz dəstəyi ilə şimal yarımkürəsində ilin ən uzun günü olan 21 iyunu Beynəlxalq Yoqa Günü elan edib.
Azvision.az xəbər verir ki, bu barədə Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavnanın Beynəlxalq Yoqa Günü ilə bağlı məqaləsində deyilir.

Diplomat vurğulayıb ki, yoqa, hətta 2014-cü ildən əvvəl də Azərbaycanda çox tanır və tətbiq olunurdu. Lakin, Yoqa həvəskarları 2015-ci ilin iyun ayında Azərbaycanda ilk Beynəlxalq Yoga Gününün qeyd olunduğu vaxtdan etibarən, ümumiyyətlə, Azərbaycanda Yoqanın əhatə dairəsinin böyük miqyasda genişləndiyi fikrindədir.

"Keçən il Beynəlxalq Yoqa Günü Bakıda Heydər Əliyev Mərkəzi, Qobustan, Yanar Dağ, İçərişəhər, Atəşgah, Bulvar və s. kimi görkəmli məkanlarda qeyd olundu və bizim, həmçinin bu günü Bakıdan kənarda, Lənkəran, Şamaxı və Qəbələ kimi bölgələrdə də qeyd etmək imkanımız oldu.

Azərbaycanda və bölgələrdə dostların Yoqaya göstərdiyi dəstək və coşğu misilsiz idi ki, bu, yoqanın faydalarının bütün dünyada tanınmasını özündə ifadə edirdi”.

Səfir əlavə edib ki, Beynəlxalq Yoqa Günü - 2020 unikal şəkildə qeyd olunacaq. Bu, dünyanın əvvəllər görünməmiş bir dövrlə üzləşdiyi və bir çox ölkələrin COVID-19 pandemiyası ilə mübarizə apardığı bir zamanda qeyd ediləcəkdir. Bu həm də o deməkdir ki, keçmişdən fərqli olaraq, Beynəlxalq Yoqa Gününü birlikdə - meydanlarda və zallarda qeyd edə bilməyəcəyik, çünki sosial məsafəni saxlamaq ehtiyacı bizə Yoqa tədbirlərində bir yerə toplaşmağa imkan vermir.

“Bu səbəbdən, Hindistan hökuməti Beynəlxalq Yoqa Gününün bu il çox qabaqcıl və yaradıcı bir şəkildə qeyd olunması qərarına gəlib. Bu il Beynəlxalq Yoqa Günü “Evdə Yoqa, ailə ilə birlikdə Yoqa” konteksində qeyd olunacaqdır. Yoqanı daha geniş cəmiyyətə təqdim etmək və Yoqa həvəskarlarını evlərində rahat şəkildə Yoqa ilə məşğul olmağa təşviq etmək üçün Hindistan səfirliyi Azərbaycanın tanınmış Yoqa ustadları ilə birlikdə bir sıra proqramlar təşkil edir. Proqramlar səfirliyin “Facebook” səhifəsindən canlı yayımlanır. Bizə qoşulmağınızı xahiş edirəm.

Yoqanın aktuallığı bu il, həmişəkindən daha yeni bir məna kəsb edir. Yoluxma riskinə görə panikanın artdığı, mənfi xəbərlər və qorxu ilə əhatə olunduğumuz, insanların özlərini evə təcrid etməsinin tənhalığa və bəzən depressiyaya apardığı bu zamanda, hər birimizin gümrah və hüzurlu qalması daha vacib hal alıb. Bu dövrdə biz, zamanın sınadığı həll yoluna – Yoqaya müraciət edirik. Yoqanın 5000 il yaşı olduğunu unutmayın. Həmin illər ərzində Yoqa nəsillər tərəfindən yoxlanılmış və sınağı keçmişdir. Bu səbəbdən Yoqa bu gün fiziki və zehni məşqin ən yaxşı üsulu kimi tanınır. Bu, Yoqanın gündən-günə populyarlıq qazanmasının əsas səbəbidir.

Yoqa bir çoxları tərəfindən fiziki bir məşq olaraq bilinsə də, daha çox şey kəsb edir. Yoqa, insanı fiziki cəhətdən gümrahlaşdırmaqdan əlavə, düşüncəyə dinclik gətirir. Bədəni və zehni birləşdirir. Yoqa, harmoniya yaradır və onu qoruyur, təbiəti insana daha da yaxınlaşdırır. Sistemli şəkildə Yoqa ilə məşğul olmaq və hər il Beynəlxalq Yoqa Gününün tərkib hissəsi olaraq nümayiş edilən Ümumi Yoqa Protokoluna riayət etmək, fiziki və zehni tarazlığa nail olmaq üçün yaxşı bir başlanğıcdır.



İstiqamət göstərməsi üçün həmçinin, yoqa həvəskarı Hindistanın Baş naziri cənab Narendra Modinin 3D videolarını verilən link vasitəsilə izləməyi və yerinə yetirməyi sizə tövsiyə edirəm:

https://www.youtube.com/playlist?list=PLKrFtLRqyz6MWIswWKBazJOux333ZMyvX


Yoqanın təqdim etdiyi unikal duruş və gərilmə hərəkətləri əzələlərdə və oynaqlarda gərginliyi azaltmağa, bu da öz növbəsində əzələlərin rahatlamasına və insan bədənində gərginliyin azalmasına kömək edir. Yoqanın nəfəs alma üsulları insana həqiqi mahiyyəti kəşf etməyə və bədəndəki tarazlığı yaxşılaşdırmağa kömək edir.

Heç bir ayrıseçkilik etmədən hücum edən bu görünməyən virusla qarşılaşdığımız zamanda, güclü immuniteti olan sağlam ruh və bədən hər birimizə lazımdır. Yoqa bizi şəfalı rifaha qovuşmağa apara bilər və həyatımızı müsbət bir şəkildə dəyişdirə bilər.

Beynəlxalq Yoqa Gününüz mübarək!”.

Azvision.az


Teqlər: BeynəlxalqYoqaGünü  





Xəbər lenti