ABŞ-da bir gündə 30 minə yaxın insan koronavirusa yoluxdu

 ABŞ-da bir gündə 30 minə yaxın insan koronavirusa yoluxdu
  20 İyun 2020    Oxunub:4023
ABŞ-da son sutka ərzində 29 min 909 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb. Bildirilir ki, Birləşmiş Ştatlarda bir gündə 678 nəfər pandemiyanın qurbanı olub.

Universitetin məlumatına görə, ümumilikdə ABŞ-da 2 milyon 222 min 576 yoluxma və 119 mindən çox ölüm faktı qeydə alınıb. İndiyədək 606 mindən çox xəstə sağalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABŞ   virus  



Xəbər lenti