Türkiyədə koronavirusdan daha 22 nəfər ölüb

Türkiyədə koronavirusdan daha 22 nəfər ölüb
  21 İyun 2020    Oxunub:3260
Türkiyədə son sutka ərzində 22 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 1248 yeni yoluxma faktı qeydə alınıb. Bununla da Türkiyədə koronavirus qurbanlarının sayı 4927, yoluxanlar isə 186 493 nəfərə çatıb.

Türkiyədə indiyədək 158 828 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  



Xəbər lenti