Koronavirusa yoluxanların sayı 9 milyona çatır

   Koronavirusa yoluxanların sayı 9 milyona çatır
  21 İyun 2020    Oxunub:3733
Dünyada yeni növ koronavirusa yoluxanların sayı artaraq 8 milyon 921 min 618 nəfərə çatıb.
Azvision.az "Worldometers"-ə istinadən xəbər verir ki, hazırda pandemiya qurbanlarının sayı 466 min 850 nəfərdir.

İndiyədək 4 milyon 743 min 41 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  



Xəbər lenti