Türkiyədə daha 1192 nəfər koronavirusa yoluxdu

  Türkiyədə daha 1192 nəfər koronavirusa yoluxdu
  22 İyun 2020    Oxunub:3646
Türkiyədə son sutka ərzində 23 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 1192 yeni yoluxma faktı qeydə alınıb. Bununla da Türkiyədə koronavirus qurbanlarının sayı 4950, yoluxanlar isə 187 685 nəfərə çatıb.

Türkiyədə indiyədək 160 240 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  



Xəbər lenti