Almaniyada COVID-19-a yoluxma sayı 190 mini ötüb

Almaniyada COVID-19-a yoluxma sayı 190 mini ötüb
  22 İyun 2020    Oxunub:2072
Almaniyada son sutka ərzində koronavirusa yoluxanların sayı 537 nəfər artaraq 190 359-a çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi nəzdində COVID-19 hallarının statistikasını aparan Robert Kox İnstitutu məlumat yayıb.

Bildirilir ki, bir gündə üç koronavirus xəstəsi vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 8885 nəfərdir. Bu günə qədər 175 mindən çox insan xəstəlikdən sağalıb.

Ən çox yoluxma halı Bavariya (47867), Şimali Reyn-Vestfaliya (41218) və Baden-Vürttemberqdə (35272) qeydə alınıb. Berlində yoluxma sayı 7833 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya  



Xəbər lenti