“Tanıdığım insanlar var ki, virusdan vəfat ediblər” - Ramiz Quliyev
Tanınmış tarzən karantin qaydalarına əməl etdiyini, ehtiyac yaranmadıqca evdən çölə çıxmadığını bildirib:
"Artıq üç aydan artıqdır ki, ailəmlə birlikdə evdəyik. Zərurət yarandıqca çölə çıxırıq. Mən də, həyat yoldaşım da onlayn rejimdə dərs keçirik, imtahan götürürük. Doğrudur, canlı görüşlərin yerini vermir, amma başqa nə edə bilərik? Koronavirus dünya bəlasıdır, hamını olduğundan daha diqqətli və məsuliyyətli olmağa vadar edir. Mən səhnə adamıyam, evdə oturmaq, hər şeyi virtual etmək mənim üçün iki qat çətindir. Amma dözməliyəm, səbirli olmağa çalışıram. Virusla zarafat etmək olmaz. İyulun 5-nə kimi heç yerə getməyəcəyəm. Yoldaşımla xəbərləri oxuyuruq, yaxınlarımızla telefonla danışırıq. Ağsaqqal adamam, tək sənətimlə deyil, məsuliyyətimlə də nümunə olmalıyam. Çünki bu, ölüm-qalım məsələsidir. Mən bu yaşda evdə otururam, qaydalara riayət edirəmsə, başqaları niyə etməsin? Çalışın ki, yaşayaq. Qoy həkimərimiz insanların cismini, biz isə musiqimizlə ruhunu müalicə edək".
R. Quliyev, həmçinin vurğulayıb ki, onun yaxınları arasında da koronavirusa yoluxanlar var.
"Tanıdığım adamlar var ki, virusdan vəfat ediblər, bunu eşidəndə çox pis oldum. Ən çox pisimə gələn odur ki, mənə yaxın, dost bildiyim həmin adamların yasına gedə bilmədim".
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Tarzən RamizQuliyev







Vaxtında, Aydın, Lazımlı!


