Cənubi Koreyada COVID-19-un ikinci dalğası başlayıb

Cənubi Koreyada COVID-19-un ikinci dalğası başlayıb
  22 İyun 2020    Oxunub:2926
Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin rəhbəri Çon In Qen koronavirus infeksiyasının ikinci dalğasının paytaxt Seul və ətrafına keçdiyini söyləyib.
Azvision.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, Cənubi Koreya payızda və ya qışda ikinci dalğanın başlayacağını gözləyirdi, lakin onların proqnozları səhv çıxdı.

Mərkəz rəhbəri insanların bir-biri ilə sıx təmasda olduqları müddətdə, infeksiyanın yayılmasının davam edəcəyindən narahatlığını ifadə edib.

Öz növbəsində, Seul rəhbərliyi sakinlərə xəbərdarlıq edib ki, yaxın günlərdə yeni infeksiyaların gündəlik artımı 30 nəfəri keçərsə və ya xəstəxanda çarpayılarının sayı ən azı 70% dolarsa, paytaxtda sosial məsafə rejimi yenidən tətbiq edilə bilər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: CənubiKoreya  





Xəbər lenti