Rusiyada azərbaycanlı tələbənin qatili həbs olundu - VİDEO

Rusiyada azərbaycanlı tələbənin qatili həbs olundu -  VİDEO
  23 İyun 2020    Oxunub:5186
Rusiyada azərbaycanlı tələbəni qətlə yetirməkdə şübhəli bilinən Vitaliy Vasilyev məhkəmə qarşısına çıxarılıb.
Azvision.az xəbər verir ki, 22 yaşlı Vitali Vasilyev barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, törətdiyi cinayəti etiraf edib.



Xatırladaq ki, Volqoqrad Tibb Universitetinin 1-ci kurs tələbəsi 17 yaşlı Timur Qavrilov iyunun 12-də gecə saatlarında 20 bıçaq zərbəsi ilə öldürülüb. Mərhumun nəşi ölkəyə gətirilərək Gəncə şəhərində torpağa tapşırılıb.


(Timur Qavrilov)

Azvision.az


Teqlər: Rusiya   Tələbə   Qatil   Həbs  



Xəbər lenti