Tramp Obamanı dövlətə xəyanətdə ittiham etdi
Trampın sözlərinə görə, Obama və komandası 2016-cı ildə onun seçkiqabağı kampaniyası zamanı casusluq edib. ABŞ Prezidenti hesab edir ki, Obama onun danışıqlarını dinləyib.
"Bu, dövlətə xəyanətdir. Dinlədilər və casusluq etdilər. Göründüyü kimi, mən haqlı idim", - deyə Tramp vurğulayıb.
Xatırladaq ki, Tramp dəfələrlə Obamanı ittiham edib. Hətta ötən il bəyan etmişdi ki, Barak Obamanın prezidentliyi dövründə ABŞ kəşfiyyatı onu izləyib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: ABŞ







Vaxtında, Aydın, Lazımlı!


