Qarabağda koronavirusa yoluxanların sayı 100-ü keçib

 Qarabağda koronavirusa yoluxanların sayı 100-ü keçib
  23 İyun 2020    Oxunub:2633
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində daha 6 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Qarabağda ümumi yoluxma sayı 103 nəfərə çatıb.

Yeni yoluxmaların 5-i Azərbaycanın Xankəndi şəhərində qeydə alınıb. Hazırda 74 nəfər təcrid olunub, indiyədək 65 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  



Xəbər lenti