Tramp Con Boltonu göyərçinə bənzədib
O, bildirib ki, məlum hadisə Sinqapurda KXDR rəsmiləri ilə görüşdə baş verib.
"Tramp mənə tərəf dönərək dedi: "Con şahin idi, indi isə göyərçin. Belə bir təsvirdən sonra deyəcəyiniz bir şey varmı? Xoşbəxtlikdən hamı güldü. Təmkinli olmağa çalışaraq cavab verdim: "Prezident digər siyasətçilərdən fərqli olduğu üçün çoxluq tərəfindən seçilib. O, yenilikçidir. Mən Pxenyana səfəri səbirsizliklə gözləyirəm, mütləq maraqlı olacaq".
Boltonun qeyd etdiyi kimi, bundan sonra KXDR lideri Kim Çen In onu isti qarşılayacağını deyib.
Şahanə Rəhimli
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


