İranda koronavirusa yoluxanların sayı 210 minə çatır

İranda koronavirusa yoluxanların sayı 210 minə çatır
  23 İyun 2020    Oxunub:2737
İranda son sutka ərzində daha 2445 nəfər koronavirusa yoluxub, bununla ölkə üzrə yoluxma sayı 209 970 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ötən gün koronavirusa yoluxmadan 121 nəfər vəfat edib. Pandemiya qurbanlarının ümumi sayı 9863 nəfərdir.

İndiyədək 169 160 xəstə sağalıb, 2846 pasiyentin vəziyyəti ağır və ya orta ağır qiymətləndirilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran  



Xəbər lenti