Atambayev 11 il müddətinə azadlıqdan məhrum edildi

Atambayev 11 il müddətinə azadlıqdan məhrum edildi
  23 İyun 2020    Oxunub:2673
Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev Bişkek məhkəməsinin qərarı ilə 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Azvision.az “Sputnik Qırğızıstan”a istinadən xəbər verir ki, Atambayev məhkəmədə son söz deməkdən imtina edib.

Bundan əvvəl də sabiq prezident istintaqın suallarını cavablandırmaqdan imtina edərək, hadisəni hakimiyyətin ona tətbiq etdiyi oyun adlandırıb.

Xatırladaq ki, ötən il 7-8 avqust tarixlərində Qırğızıstanın xüsusi xidmət orqanları eks-prezident Atambayevin paytaxtdan 20 kilometr aralıda, Koy-Taş kəndindəki iqamətgahında əməliyyat keçirib. Keçmiş dövlət başçısının tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında baş vermiş iki günlük toqquşma zamanı bir xüsusi təyinatlı ölüb, 136 nəfər yaralanıb.

O vaxtdan bəri Atambayev Dövlət Təhlükəsizliyi Komitəsinin istintaq təcridxanasında saxlanılırdı.

Sabiq dövlət başçısı bir sıra ağır və xüsusilə ağır cinayətlərdə ittiham olunur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AlmazbekAtambayev  





Xəbər lenti