Yaponiyada 3 aydan sonra kitabxanalar açıldı

Yaponiyada 3 aydan sonra kitabxanalar açıldı
  23 İyun 2020    Oxunub:2521
Yaponiyada koronavirus infeksiyası səbəbindən üç aydan çox bağlı olan kitabxanalar bu gündən ziyarətçilər üçün açılıb.
Azvision.az xəbər verir ki, kitabxanalara gələnlər bir sıra qaydalara mütləq əməl etməlidir.

Belə ki, girişlərdə dezinfeksiyaedici mayelər olan şüşələr qoyulub, bütün ziyarətçilərin maska taxmalı, əllərini dezinfeksiya etmələri və ən azı bir metr məsafə saxlamaları barədə xəbərdarlıq plakatı yerləşdirilib.

İnfeksiya ehtimalını azaltmaq üçün ziyarətçilərdən kitabxanada uzun müddət qalmamaları tələb olunur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Yaponiya  



Xəbər lenti