Erməni vitse-spiker koronavirusa yoluxub

Erməni vitse-spiker koronavirusa yoluxub
  23 İyun 2020    Oxunub:3241
Ermənistan parlamentinin "Çiçəklənən Ermənistan" fraksiyasından olan vitse-spikeri Vahe Enfiacyan koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə o, “Facebook” hesabında yazıb.

Enfiacyan bildirib ki, COVID-19 testindən keçib və nəticəsi müsbətdir: “Qeyd etməliyəm ki, səhhətim yaxşıdır, hazırda narahatedici şikayətlər yoxdur".

Digər parlament üzvləri də koronavirus üçün testlərdən keçiblər. Onların arasında Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan, "Mənim addımım" fraksiyasının deputatları da var.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan  



Xəbər lenti