Meksikada güclü zəlzələ olub

Meksikada güclü zəlzələ olub
  24 İyun 2020    Oxunub:2665
Meksikada 7,3 bal gücündə zəlzələ olub.
Azvision.az xarici KİV-lərə istinadən xəbər verir ki, yeraltı təkanlar Oaxaka ştatında qeydə alınıb.

Məlumata görə, Krusesits yaşayış məntəqəsində binanın çökməsi baş verib, nəticədə bir nəfər həlak olub, digəri yaralanıb.

Təbii fəlakət bəzi bina və infrastrukturlara da zərər vurub.

Azvision.az


Teqlər: Zəlzələ  



Xəbər lenti