Almaniyada koronavirusa yoluxanların sayı artdı

Almaniyada koronavirusa yoluxanların sayı artdı
  25 İyun 2020    Oxunub:1986
Almaniyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı son sutkada 630 nəfər artıb, bununla ölkədə ümumi yoluxma sayı 192 079 nəfərə yüksəlib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin tərkibinə daxil olan və COVID-19 xəstəliyinə yoluxma statistikasını aparan Robert Kox İnstitutu məlumat yayıb.

Bildirilib ki, son gün ərzində daha 13 xəstə vəfat edib. Bir gün əvvəl 587 yoluxma, 19 ölüm halı qeydə alınıb.

Epidemiya başlayandan 8927 xəstə dünyasını dəyişib, 177 minə yaxın insan sağalıb.

Ən çox yoluxma Bavariya (48 122), Şimali Reyn-Vestfaliya (41 992) və Baden-Vürttemberq (35 446) bölgələrində qeydə alınıb. Paytaxt Berlində indiyədək 8021 yoluxma aşkarlanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: RobertKoxİnstitutu  





Xəbər lenti