İordaniyada ABŞ hərbçisi ölüb

İordaniyada ABŞ hərbçisi ölüb
  25 İyun 2020    Oxunub:1831
İordaniyada ABŞ hərbçisinin meyiti tapılıb.
Azvision.az xəbər verir ki, Pentaqon hadisə ilə bağlı araşdırma aparıldığını bəyan edib.

Florida ştatının Larqo şəhərindən olan 20 yaşlı hərbçi Nik Bravo Requles ABŞ Mərkəzi Komandanlığının məsuliyyət bölgəsindəki hərbi əməliyyatla əlaqəsi olmayan hadisə nəticəsində dünyasını dəyişib.

“İstintaq davam edir", - deyə Pentaqonun açıqlamasında bildirilib.

Qeyd edilib ki, hərbçilər ABŞ və müttəfiqlərinin Suriya və İraqda İŞİD terror qruplaşmasına qarşı apardığı "Sarsılmaz qətiyyət" əməliyyatında iştirak edirlər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti