Çində daha 20 nəfərdə koronavirus aşkarlandı

Çində daha 20 nəfərdə koronavirus aşkarlandı
  25 İyun 2020    Oxunub:1737
Çində son sutkada koronavirusa 19 yeni aktiv yoluxma, bir simptomsuz hal aşkarlanıb, ölən olmayıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Yeni yoluxmalardan 14-i Pekində, 1-i Hubeydə qeydə alınıb, digərləri ölkəyə idxal olunub.

Xatırladaq ki, Pekində yoluxma sayının artması "Sinfadi" topdansatış bazarı ilə əlaqədardır. Hazırda həmin bazar bağlanıb, şəhərdə karantin tədbirləri sərtləşdirilib.

Epidemiya müddətində Çində ümumilikdə 83 449 nəfər koronavirusa yoluxub, 78 433 xəstə sağalıb, 4634 nəfər vəfat edib. Hazırda xəstəxanalarda 382 nəfər var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin  





Xəbər lenti