Könüllülər üzərində COVID-19 peyvəndinin sınağına başlanıldı

Könüllülər üzərində COVID-19 peyvəndinin sınağına başlanıldı
  25 İyun 2020    Oxunub:1902
Böyük Britaniyada könüllülər üzərində yeni növ koronavirus peyvəndinin sınaqlarına başlanılıb.
Azvision.az BBC-yə istinadən xəbər verir ki, "Imperial College London"un professoru Robin Şattock və həmkarlarının apardıqları araşdırmalar çərçivəsində qarşıdakı həftələrdə təxminən 300 nəfərə peyvənd veriləcək.

Heyvanlar üzərində aparılmış testlər peyvəndin təhlükəsiz olduğunu və təsirli immun reaksiyası verdiyini göstərib.

Xatırladaq ki, Oksford Universitetinin mütəxəssisləri də artıq insanlar üzərində sınaqlara başlayıb. Sınaqlar dünyanın bir çox yerində həyata keçirilir, hazırda 120-yə yaxın peyvənd proqramı var.

Maliyyə sahəsində çalışan 39 yaşlı Keti peyvənd sınağında iştirak edən ilk könüllülərdən biridir. O, virusla mübarizədə iştirak etmək üçün könüllü olduğunu söyləyib: "Virusla mübarizə üçün nə edə biləcəyimi düşnürdüm və ona görə də burdayam".

"Imperial College London"un təqdiqatçıları oktyabr ayında 6000 nəfərin iştirakı ilə ikinci peyvənd sınağını planlaşdırır. Peyvəndin 2021-ci ilin əvvəlindən Britaniyada və xaricə çıxarıla biləcəyi vurğulanır.

Xatırladaq ki, kollecin bu proqramına Böyük Britaniya hökuməti 41 milyon funt sterlinq maliyyə ayırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər:





Xəbər lenti