Ermənistanda koronavirusa yoluxmada yeni “rekord”

Ermənistanda koronavirusa yoluxmada yeni “rekord”
  25 İyun 2020    Oxunub:2403
Ermənistanda son sutka ərzində 771 nəfər yeni növ koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə naziri Arsen Torosyan hökumətin iclasında deyib.

Onun sözlərinə görə, bu göstərici Ermənistan üçün yeni “rekorddur”.

Bir gün ərzində koronavirusa yoluxmuş daha 11 nəfər vəfat edib, ölənlərin ümumi sayı 397 nəfərə çatıb. Ermənistanda kornavirusa yoluxanların ümumi sayı 22 488 nəfər təşkil edir.

İndiyədək 11 335 xəstə sağalıb, hazırda 10 625 aktiv xəstə var.


Pərvanə Sultanova
Azvision.az


Teqlər: ArsenTorosyan  





Xəbər lenti