Qırğızıstan yenidən fövqəladə vəziyyət rejiminə qayıdır

Qırğızıstan yenidən fövqəladə vəziyyət rejiminə qayıdır
  25 İyun 2020    Oxunub:1846
Qırğızıstanda koronavirusa yoluxma sayının artması ilə əlaqədar yenidən fövqəladə vəziyyət elan oluna bilər.
Azvision.az xəbər verir ki, bu barədə Qırğızıstan səhiyyə nazirinin müavini Madamin Karataev deyib.

O bildirib ki, COVID-19 ilə mübarizə üzrə Qırğızıstan Baş Qərargahı ölkənin bir sıra şəhər və rayonlarında fövqəladə vəziyyət rejiminin yenidən tətbiqini planlaşdırır.

"Hazırda Çuy və Oş vilayətində, Bişkekdə və Oşda vəziyyət çox ağırdır. Bu gün qərargahın iclasında fövqəladə vəziyyət rejiminin tətbiqi məsələsinə baxılacaq və bütün amillər nəzərə alınaraq qərar qəbul ediləcək".

Qeyd edək ki, Qırğızıstanda bir neçə gün ərzində rekord sayda yoluxma aşkarlanıb. Bu günə qədər ölkədə koronavirusa yoluxanların ümumi sayı 3954-ə çatıb, 43 nəfər ölüb, 2112 xəstə sağalıb və xəstəxanalardan buraxılıb.

Qırğızıstanda martın ortalarından tətbiq edilən fövqəladə vəziyyət rejimi may ayında ləğv edilib. Bundan sonra yoluxanların və ölənlərin sayı 4 dəfə çoxalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Qırğızıstan   yoluxma  





Xəbər lenti