Jeenbekovun koronavirus testi neqativ çıxdı

Jeenbekovun koronavirus testi neqativ çıxdı
  25 İyun 2020    Oxunub:1749
Qırğızıstan Prezidenti Sooranbay Jeenbekovun koronavirus testi neqativ çıxıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Qırğızıstan Prezidentinin Moskvadan qayıdandan sonra verdiyi testin nəticəsi mənfi olub.

Qeyd edək ki, ötən gün Sooronbay Jeenbekov Moskvaya gəlsə də, Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi ilə əlaqədar paradda iştirak etməyib. Buna səbəb onu müşayiət edən şəxslərdən iki nəfərdə koronavirusun aşkarlanması olub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Qırğızıstan  





Xəbər lenti