Ermənistanda 600-dən çox koronavirus xəstəsinin vəziyyəti ağırdır

 Ermənistanda 600-dən çox koronavirus xəstəsinin vəziyyəti ağırdır
  25 İyun 2020    Oxunub:1934
Hazırda Ermənistanda koronavirusa yoluxanlardan 502 nəfərin vəziyyəti ağırdır. Daha 113 xəstə isə son dərəcədə kritik vəziyyətdədir.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə naziri Arsen Torosyan hökumətin iclasında deyib.

Onun sözlərinə görə, 40 nəfər mexaniki ventilyasiya cihazına qoşulub. Bundan əlavə, 51 nəfər xəstəxanaya yerləşdirilməsini gözləyir. Onlardan ikisi evdə, digərləri koronavirusla mübarizəyə cəlb edilməyən müxtəlif tibb mərkəzlərindədir.

Torosyan reanimasiya yerlərinin kifayət etmədiyini və onların da tez bir zamanda tutulduğunu vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ArsenTorosyan  





Xəbər lenti