Oqtay Şirəliyev səfirlə koronavirusu müzakirə edib

Oqtay Şirəliyev səfirlə koronavirusu müzakirə edib
  25 İyun 2020    Oxunub:2644
Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev İtaliyanın ölkəmizdəki səfiri Augusto Massari ilə görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfirliyinin rəsmi "Facebook" səhifəsində məlumat paylaşılıb.

Görüşdə koronavirusla mübarizədə İtaliya və Azərbaycan tərəfindən həyata keçirilən tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan tərəfi İtaliyanın təcrübəsini öyrənməkdə maraqlı olduğunu bildirib.

Qeyd olunub ki, bugünkü dialoq onkologiya, ortopediya və biotəbabət kimi sahələri özündə birləşdirən səhiyyə sektorunda artıq mövcud olan ikitərəfli əlaqələrə əsaslanır.

Bu fəaliyyətlərdən bəziləri İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi ilə Azərbaycan Respublikası Milli Elmlər Akademiyası arasında mövcud olan və yaxın zamanlarda elmi-texniki əməkdaşlıq çərçivəsində imzalanacaq sazişə əlavə edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AugustoMassari   Nazir   Səfir  





Xəbər lenti