Polşa Azərbaycana humanitar yardım göndərib

 Polşa Azərbaycana humanitar yardım göndərib
  25 İyun 2020    Oxunub:3448
Polşa Azərbaycana koronavirusla mübarizə məqsədilə humanitar yardım göndərib.
Azvision.az səfirliyin “Facebook” səhifəsinə istinadən xəbər verir ki, yardım şəxsi qoruyucu vasitələrdən ibarətdir.

“Bu, Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrdəki tərəfdaşlarımız üçün həmrəylik yardımı aksiyasının davamıdır”, - deyə Polşanın Xarici İşlər nazirinin müavini Paveł Jabłoński bildirib.

Yardım kampaniyası çərçivəsində Polşa Azərbaycana təyyarə ilə ümumi dəyəri təqribən 87 min PLN olan tibbi maska, baş geyimi və dezinfeksiyaedici vasitələr göndərib.

“Yardımı qəbuledən tərəf Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta Agentliyidir. Məhz bunun sayəsində yardım vasitələri ən çox ehtiyac duyulan yerlərə və beləliklə, Azərbaycan cəmiyyətinə yönəldiləcəkdir”, - deyə Jabłoński vurğulayıb.

Nazir müavini, həmçinin qeyd edib ki, Maddi Ehtiyatlar Agentliyi və Səhiyyə Nazirliyinin dəstəyi olmadan geniş yardım kampaniyası mümkün olmazdı. O, birbaşa köməkçilərə - Beynəlxalq Həmrəylik Fonduna və Milli Müdafiə Nazirliyinə də təşəkkür edib.

Xatırladaq ki, Polşa bir həftə əvvəl Ermənistan və Gürcüstana da humanitar yardım göndərib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: PavełJabłoński  





Xəbər lenti