Qarabağdakı separatçıların ideoloqu koronavirusdan öldü

 Qarabağdakı separatçıların ideoloqu koronavirusdan öldü
  25 İyun 2020    Oxunub:2618
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisindəki separatçı hərakatın əsas ideoloqlarından biri olan Hamlet Qevorkyan koronavirusdan ölüb.
Azvision.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Vardan Arutyunyan “Facebook” səhifəsində məlumat yayıb.

Qeyd edək ki, son məlumatlara əsasən, Qarabağda indiyədək 113 nəfər koronavirusa yoluxub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: HamletQevorkyan  





Xəbər lenti