İranda koronavirusa yoluxma sayı 215 mini ötüb

 İranda koronavirusa yoluxma sayı 215 mini ötüb
  25 İyun 2020    Oxunub:2915
İranda son sutka ərzində daha 2595 nəfər koronavirusa yoluxub, nəticədə ölkə üzrə ümumi yoluxma sayı 215 096-ya çatıb.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bir gündə daha 134 nəfər koronavirusdan ölüb, bununla pandemiya qurbanlarının sayı 10 130-a yüksəlib.

Ölkədə indiyədək 175 103 nəfər virusdan sağalıb, hazırda 2899 xəstənin vəziyyəti ağırdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SəhiyyəNazirliyi  





Xəbər lenti