Xalq artisti vətəndaşları məsuliyyətli olmağa çağırdı

Xalq artisti vətəndaşları məsuliyyətli olmağa çağırdı
  25 İyun 2020    Oxunub:3546
"Koronaviruslu günlərdə yanıma gələn yoxdur. İnsanlarla təmasda olmaq mənim üçün risklidir, yoluxa bilərəm".
Bunu Azvision.az -a Xalq artisti Ramiz Əzizbəyli deyib.

Uzun müddətdir yataqda olduğunu deyən aktyor virusa yoluxmamaq üçün özünü qoruyur. R.Əzizbəyli, həmçinin vətəndaşlara müraciət edərək, onları pandemiyaya qarşı mübarizədə məsuliyyətli olmağa çağırıb.

"Hazırda yaxşıyam, hamıya can sağlığı arzulayıram ki, karantin günlərindən sağ-salamat çıxsınlar. Ayağım kəsildən sonra aylardır ki, yataqdayam, heç yerə getmirəm. Gəzə bilmirəm. Qızım Fəridə mənə qulluq edir. Dostlardan, tanışlardan əlaqə saxlayan çoxdur. Ancaq karantin başlayandan gəlib-gedən yoxdur, ondan qabaq çox olub. Yanıma kiminsə gəlməsi mənim üçün risklidir. Özümü mümkün qədər qoruyuram. Mənə gələn zənglərə hərdən cavab verə bilirəm, hərdən halım olmur. İnsanlara tövsiyəm odur ki, hamı özündən muğayat olsun, qaydalara riayət etsinlər. Vəziyyət yaxşı deyil, hər kəs məsuliyyətli olub, özünü qorumalıdır ki, virus bizdən əl çəksin. Xilas yolumuz özünüzü və yaxınlarımızı qorumaqdır. Bunun üçün hər kəsdən məsuliyyətli olmaq tələb edilir", - deyə Xalq artisti vurğulayıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Xalqartisti   RamizƏzizbəyli  





Xəbər lenti