ABŞ-da polis rəisi vətəndaşın ölümünə görə istefa verib

ABŞ-da polis rəisi vətəndaşın ölümünə görə istefa verib
  25 İyun 2020    Oxunub:2787
ABŞ-ın Arizona ştatının Tuson şəhər polis idarəsinin rəisi Kris Maqnus hüquq-mühafizə orqanları tərəfindən tutulduqdan sonra vəfat edən latınamerikalı vətəndaşa görə istefa verib.
Azvision.az xəbər verir ki, hadisə aprelin sonunda baş verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları polisə zəng edərək nəvəsinin sərxoş halda qışqıraraq, evin ətrafında çılpaq qaçdığını deyən qadının evinə gəliblər.

Zabitlərdən birinin gizli kamerasından alınan videgörüntülərə əsasən, polis 27 yaşlı Karlos Inqram Lopesi saxlayıb, onu üzü üstə uzadaraq, əllərini qandallayıb.

Bu vəziyyətdə Lopes 12 dəqiqə qalıb. Videgörüntülərdən aydın olub ki, o, çətinliklə nəfəs alaraq, "bağışlayın!", deyib. Nəfəs ala bilmədiyindən şikayətlənib və bir stəkan su istəyib.

Eyni zamanda, polislərdən biri onun ayağları üstündə oturub, digəri əllərini arxada saxlayıb. Bu vəziyyətdə gənc ürək dayanmasından vəfat edib.

Maqnusun sözlərinə görə, Lopesin saxlanılmasında iştirak edən üç polis əməkdaşı artıq istefa verib. O, əlavə edib ki, onlar cinayət məsuliyyətinə cəlb olunmayıblar, lakin inzibati istintaq bir neçə qanun pozuntusu aşkarladığını qeyd edib.

"Bu səhvlərə görə məsuliyyəti üzərimə götürməyə hazır olduğumu göstərmək üçün istefa verirəm”, - deyə polis rəisi vurğulayıb.

Ancaq şəhər meri Regina Romeronun onun istefasını qəbul edib-etmədiyi məlum deyil.

Tibbi ekspertizanın rəyinə görə, gənc kəskin kokain zəhərlənməsi və hərəkət məhdudlaşdırılması nəticəsində qəfil ürək tutmasından ölüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Polis   Ölüm   İstefa  





Xəbər lenti