Ermənistanda daha bir neçə deputat koronavirusa yoluxub
“Dünən bir millət vəkilinin koronavirusa yoluxduğunu söylədim, daha sonra digərlərinin də analizlərinin cavablarını aldıq. İndi deyə bilərəm ki, daha 3 deputatda yoluxma aşkarlanıb, lakin onların adlarını açıqlaya bilmərəm”, - deyə Makunts əlavə edib.
Xatırladaq ki, bundan əvvəl hakim blokun bir sıra deputatlarının koronavirusa yoluxduğu bildirilib. Həmçinin, “Çiçəklənən Ermənistan” parlament fraksiyasından olan vitse-spiker Vahe Enfiacyanın da testinin nəticəsi müsbət olub.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: LilitMakunts