Türkiyədə koronavirusdan daha 21 nəfər ölüb

Türkiyədə koronavirusdan daha 21 nəfər ölüb
  26 İyun 2020    Oxunub:2866
Türkiyədə son sutka ərzində 21 nəfər koronavirus infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, 1458 yeni yoluxma faktı qeydə alınıb. Bununla Türkiyədə pandemiya qurbanlarının sayı 5046, virusa yoluxanlar isə 193 115 nəfərə çatıb.

Türkiyədə indiyədək 165 706 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti