Braziliyada bir gündə 1141 nəfər virusdan öldü

Braziliyada bir gündə 1141 nəfər virusdan öldü
  26 İyun 2020    Oxunub:2626
Braziliyada son sutka ərzində koronavirusa 39 483 yoluxma halı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Ötən gün ölkədə 1141 nəfər COVID-19 infeksiyası səbəbindən həyatını itirib.

Braziliyanın cənub-şərqində yerləşən San-Paulu ştatı və onun eyniadlı administrativ mərkəzi ölkədə infeksiyanın ocağı hesab olunur. Regionda 238 mindən çox yoluxma və 13 mindən çox ölüm faktı qeydə alınıb.

Hazırda Braziliyada virusa yoluxanların sayı 1 228 114 nəfərə çatıb, 54 971 nəfər ölüb, sağalananlar isə 650 minə yaxındır. Ölkə koronavirusa yoluxma hallarına görə ABŞ-dan sonra dünyada ikinci yeri tutur.

Azvision.az


Teqlər: Braziliya  





Xəbər lenti