Almaniyada koronavirusla bağlı vəziyyət gərginləşir

Almaniyada koronavirusla bağlı vəziyyət gərginləşir
  26 İyun 2020    Oxunub:3452
Son sutkada Almaniya Federativ Respublikasında (AFR) koronavirusdan daha 21 nəfər ölüb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox İnstitutu məlumat yayıb.

Bildirilir ki, son bir gündə Almaniyada koronavirusa 477 yoluxma halı qeydə alınıb.

AFR-də ümumilikdə COVID-19-a 192 556 yoluxma aşkarlanıb, epidemiyanın başlanğıcından koronavirusdan 8948 pasiyent ölüb. Bu günədək ölkədə 177 100 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.

Təhlükəli infeksiyaya ən çox yoluxma faktı Bavariyada qeydə alınıb. Burada COVID-19-a 48 202 yoluxma olub. Şimali Reyn-Vestfaliyada 42 150, Baden-Vürtemberqdə 35 476 nəfər koronavirusa yoluxub. Berlində yoluxma sayı 8096-ə çatıb.

Azvision.az


Teqlər: Almaniya  





Xəbər lenti