Braziliya Prezidenti koronavirusa yoluxduğunu düşünür

Braziliya Prezidenti koronavirusa yoluxduğunu düşünür
  26 İyun 2020    Oxunub:2854
Braziliya Prezidenti Jair Bolsonar asimptomatik koronavirus xəstəsi ola biləcəyini etiraf edib və əmin olmaq üçün test vermək istədiyini deyib.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkə başçısı özü bildirib.

"Koronavirusa yoluxduğumu tam bilmirəm. Əvvəllər iki dəfə test etmişəm, ikisi də mənfi olub. Bəziləri düşünür ki, mən koronavirusa yoluxmuşam, amma heç bir şey hiss etmirdim, bilmirəm. Bəlkə, antitellərin olub-olmadığını öyrənmək üçün yenidən test etdim. Düşünürəm ki, məndə olub", - Prezident deyib.

Daha əvvəl, Braziliya Federal Məhkəməsi Bolsonarın analizlərinin nəticələri barədə məlumat verməsinə dair qərar qəbul edib. Hökumət mayın ortalarında prezidentin əvvəllər etdiyi sınaqların nəticələrini Ali Məhkəməyə təqdim edib.

Mart ayında Bolsonar 20-dən çox üzvü sonradan koronavirusa yoluxan heyətin müşayiəti ilə ABŞ-a səfər edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Braziliya  





Xəbər lenti