Ermənistanda konstitusiya dəyişiklikləri qüvvəyə mindi

Ermənistanda konstitusiya dəyişiklikləri qüvvəyə mindi
  26 İyun 2020    Oxunub:2693
Ermənistanda konstitusiya dəyişiklikləri qüvvəyə minib. Dəyişikliklərə görə, Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan və üç hakim artıq vəzifələrini itiriblər.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” hesabında yazıb.

O bildirib ki, iki ay ərzində Feliks Toxyan, Qrant Nazaryan və Alvina Qyulumyanın yerinə üç yeni hakim seçiləcək.

“Ermənistanın bütün dövlət qurumları bu faktı nəzərə almalı və ona əsasən iş görməlidirlər”,- deyə Paşinyan bildirib.

Ermənistanın sabiq ədliyyə naziri Arpine Ovhannisyan isə qərarı qanunsuz adlandırıb və vurğulayıb ki, ölkə hakimiyyəti konstitusiyaya edilmiş dəyişikliklər əsasında hakimləri Konstitusiya Məhkəməsi qanununun maddələrindən birini dəyişdirməyi "unutduğu üçün" işdən çıxara bilməz.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NikolPaşinyan  





Xəbər lenti